ABŞ Prezidenti Donald Tramp İranı təslim olmağa çağırıb. Primeinfo.az xəbər verir ki, o, bu barədə “Fox News” açıqlamasında deyib. O, İranın yaxşı poker oynadığını, güc nümayiş etdirdiyini, lakin pərdəarxasında güclü təzyiqə məruz qaldığını bildirib.
Ərbildə İran və ABŞ arasında məxfi görüşün keçirilməsi barədə xəbər tamamilə uydurmadır. Primeinfo.az-ın xəbərinə görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ mediasının İran və ABŞ arasında məxfi görüş keçirilməsi barədə iddiasını təkzib edib. İran XİN sözçüsü ABŞ-ın qeyri-rəsmi şəkildə İraqdakı Kürdüstan Regional Hökuməti vasitəsilə İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqə saxlaması barədə xəbəri İranın qərar qəbuledici strukturları arasında fikir ayrılığı yaratmağa yönəlmiş media manipulyasiyası və psixoloji əməliyyat kimi qiymətləndirib.
ABŞ Prezidenti Donald Tramp İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani vasitəsilə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Əhməd Vahidi ilə gizli şəkildə əlaqə yaradıb. Primeinfo.az xəbər verir ki, bu iddia ilə üç məlumatlı mənbəyə istinadən “Axios” çıxış edib. “May ayında Tramp administrasiyası Bərzani vasitəsilə rəsmi İran müzakirəçilərinin səlahiyyətlərinə şübhə edərək SEPAH rəhbərliyi ilə gizli rabitə kanalı qurub”, – məqalədə deyilir.
İranla ABŞ arasında qapalı formatda danışıqlar aparılır. Primeinfo.az TASS-a istinadən bildirir ki, bu barədə Pakistanın Rusiyadakı səfiri Faysal Niyaz Tirmizi məlumat verib. Diplomatın sözlərinə görə, münaqişə tərəfləri hazırda da qapalı məsləhətləşmələri davam etdirirlər.
ABŞ və İran İslamabad Memorandumu çərçivəsində qüvvədə olan 60 günlük atəşkəsin müddətini uzatmaq barədə razılığa gəlib.
ABŞ və İran Hörmüz boğazı ilə bağlı “müəyyən razılaşmaya” yaxındır. Primeinfo.az xəbər verir ki, bu barədə Pakistanın müdafiə naziri Xavaca Asif “Bloomberg“ agentliyinə bildirib. “Vəziyyət yenidən sülh sazişinin və ya razılaşmanın əldə olunması istiqamətində inkişaf edir.
Vaşinqtonun İranla bağlı qarşısında dayanan strategiya var. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib. Onun sözlərinə görə, hazırda ABŞ-ın həyata keçirdiyi siyasət İrandakı vəziyyətin daha da pisləşməsini gözləməkdən ibarətdir: “İranla bağlı bizim üç strategiyamız var.
İran Hörmüz boğazını yenidən açmaq üçün ABŞ-ın yerinə yetirməli olduğu bir sıra şərtləri açıqlayıb.
ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonla razılaşma əldə etmək istədiyini bildirib. Primeinfo.az xəbər verir ki, Tramp bugünkü müsahibəsində bu məsələyə toxunub. Onun sözlərinə görə, Tehran yeni zərbələrə məruz qalmaq istəmir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ və İran arasında aparılan danışıqların müsbət nəticə verəcəyinə ümid edir. Primeinfo.az xəbər verir ki, Hakan Fidanın sözlərinə görə, danışıqların bu gün xoş xəbərlə yekunlaşması mümkündür. “İnşallah, İran və ABŞ arasında aparılan danışıqlar bu gün müsbət xəbərlə nəticələnəcək”, – o deyib Nazir bildirib ki, əsas müzakirə mövzularından biri Hörmüz boğazı ilə bağlı texniki məsələlərdir: “Bu məsələ müəyyən mürəkkəblik daşıyır.