
Türkiyənin “Yeni Partiyası”nın (YENİ Parti) üzvü, Qaziantepdən seçilən deputat Melih Meriç bıçaqlanaraq, yaralanıb.
Primeinfo.az bu barədə “TRT Haber”ə istinadən xəbər verir.
Məlumata görə, hadisəni Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) Oğuzeli rayon təşkilatının keçmiş sədri Seydi Ahmet Keleş törədib.
Hücum nəticəsində xəsarət alan M. Meriç xəstəxanaya çatdırılıb.
YENİ Partiyanın başqanı Özgür Özel sosial şəbəkə hesabında Melih Meriçə qarşı törədilən bıçaqlı hücumdan sonra onun əməliyyatının uğurla başa çatdığını və səhhətinin yaxşı olduğunu açıqlayıb.
“Qaziantep millət vəkilimiz, dəyərli yol yoldaşım Melih Meriçə qarşı edilən alçaq hücumu qətiyyətlə pisləyirəm. Millət vəkilimizin əməliyyatının uğurla keçdiyini və sağlamlıq vəziyyətinin yaxşı olduğunu öyrəndim. Ona, ailəsinə və bütün yol yoldaşlarımıza keçmiş olsun! Siyasətin üzərinə zorakılığın, təhdidin və xuliqanlığın kölgə salmasını əsla qəbul etmirik və məsul şəxslərin ən qısa zamanda cəzalandırılmasını gözləyirik. Qardaşım Melihin tezliklə sağlamlığına qovuşaraq aramıza dönməsini arzulayıram”.
Qeyd edək ki, Keleşin axtarışı ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanılıb.

