
Bakının şadlıq saraylarından birində uzun illərdir Tallində yaşayan və Azərbaycan mədəniyyətini bütün Estoniyada təbliğ edən Sənəm Əlinin qızının toyu olub.
Primeinfo.az xəbər verir ki, Sənəm Əlinin Estoniya-Azərbaycan mədəni bağlarının möhkəmlənməsində müstəsna xidmətləri var.
O, uzun illərdir təhsil, teatr, kino, dil sahəsində ortaq layihələrin təşəbbüskarı və birbaşa icraçısıdır. Azərbaycanın Baltik regionunda daha yaxından tanınması üçün gördüyü işlər sayəsində Sənəm Əli Estoniyada böyük hörmət və rəğbət qazanıb. Bunu onun Estoniyanın tanınan elm, təhsil, mədəniyyət, media təmsilçilərinin toyda iştirakı bir daha sübut edib.
Tallində böyüyən və qardaşı Orxan kimi doktorluq karyerasının ilk pillələrini adlayan Aysel xanım Estoniyada ali təhsil almış Davud bəylə ailə həyatı qurub. Gənclərin ən xoş günü həm də Azərbaycanın toy adətlərinin, musiqisinin göstərişli təbliği kimi yadda qalıb.
Azərbaycanın professional musiqi qrupları içərisində sayılıb-seçilən “Aypara” Qrupunun, beynəlxalq müsabiqələrin iştirakçısı ünlü tarzən Şəhriyar İmanovun, milli rəqs qruplarının iştirakı toya təkrarsız ovqat qatıb.
Prime Media Qrupu Aysel xanım və Davud bəyi təbrik edir, səadət arzulayır.









