ABŞ-nin BMT-dəki səfiri Mayk Uolts bəyan edib ki, Vaşinqton İran ilə bağlı məsələdə bütün mümkün variantları nəzərdən keçirir. Primeinfo.az xəbər verir ki, onun sözlərinə görə, Prezident Donald Trump hələ də danışıqların davam etdirilməsi üçün imkanlar yaradır və bu təmaslar bütün səviyyələrdə aparılır. Lakin səfir İran rejiminin daxilində ciddi fikir ayrılıqları və daxili mübarizənin hökm sürdüyünü vurğulayıb.
İranın xarici işlər naziri Abbas Əraqçi dövlət qəzetinə müsahibəsində İslamabad sazişi və bu sazişdən sonrakı proseslər barədə açıqlama verib. Primeinfo.az xəbər verir ki,Əraqçi bildirib ki, ABŞ tərəfinin sazişdən sonra vəziyyəti yenidən gərginlik istiqamətinə yönəltmək istədiyi görünürdü. Onun sözlərinə görə, İran ABŞ-ın davranışında heç bir xoş niyyət əlaməti görməyib və Vaşinqtonun niyyətinə şübhə ilə yanaşıb.
Çin ABŞ və İran arasındakı münaqişənin nizamlanmasında Pakistanın vasitəçilik rolunu yüksək qiymətləndirir və İslamabadın bu istiqamətdəki səylərini dəstəkləməyə davam etmək niyyətindədir. Primeinfo.az xəbər verir ki, bu barədə Çin xarici işlər naziri Van İ ilə onun pakistanlı həmkarı Məhəmməd İshaq Dar arasındakı görüşün yekunlarına dair Çin Xarici İşlər Nazirliyinin (XİN) şənbə günü dərc olunmuş bəyanatında deyilir. Van İnin sözlərinə görə, Pekin İran və ABŞ arasında qarşılıqlı anlaşma memorandumunun əldə olunmasında Pakistanın rolunu yüksək qiymətləndirir, tərəflərin dialoq və danışıqlara qayıtmasına, eləcə də hərbi əməliyyatların davamlı şəkildə dayandırılmasına nail olunmasına yardım edəcək.
İran Səhiyyə Nazirliyi iyunun 27-dən etibarən ABŞ-ın İrana yeni hava zərbələri nəticəsində 59 nəfərin öldüyünü açıqlayıb. Primeinfo.az-ın məlumatına görə, həlak olanlar arasında 6 qadın və yaşı 18-dən aşağı olan 3 yeniyetmə də var. Hesabatda bildirilib ki, zərbələr nəticəsində indiyədək 666 nəfər yaralanıb.
ABŞ İranın heç vaxt nüvə silahına sahib olmamasını milli təhlükəsizlik baxımından əsas prioritet hesab edir. Primeinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Filippinin paytaxtı Manilada keçirilən ASEAN xarici işlər nazirlərinin toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında deyib. Rubionun sözlərinə görə, Vaşinqtonun strateji məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısını qəti şəkildə almaqdır və bu məsələdə ABŞ-ın mövqeyi dəyişməz olaraq qalır: “ABŞ nüvəsizləşdirilmiş və heç vaxt nüvə silahına sahib olmayacaq İran görmək istəyir.
İranın Vaşinqtonla razılaşma əldə etmək niyyətindədir. Primeinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Manilada keçirilən ASEAN xarici işlər nazirlərinin toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında deyib. “İran razılaşma əldə etmək istəyir.
“Bu gün Şərq vaxtı ilə saat 16:00-da ABŞ qüvvələri Baş Komandanın göstərişi ilə İrana qarşı yeni hücumlara başlayıb”. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasında deyilir. Həmçinin bildirilib ki, hücumlar Hörmüz boğazında ticarət gəmiçiliyinə hücum etmək üçün istifadə edilən İran hərbi imkanlarını daha da zəiflətmək üçün nəzərdə tutulub.
İran və ABŞ arasında vasitəçilik edən tərəflər gərginliyin azaldılması məqsədilə 10 günlük atəşkəs təklif ediblər.
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ın Yaxın Şərqə yeni hərbi texnika göndərməsini tənqid edərək Vaşinqtonun bəyanatları ilə atdığı addımların bir-birinə zidd olduğunu bildirib. Primeinfo.az xəbər verir ki, o, bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib. “Amerikalılar bölgəyə davamlı olaraq yeni hərbi texnika gətirir və bunun müharibəni dayandırmaq məqsədi daşıdığını iddia edirlər.