İran ABŞ-la əldə olunan anlaşma memorandumu çərçivəsində öhdəliklərinin icrasını dayandırıb. Primeinfo.az “Tasnim”-ə istinadən xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini, İranın ekspert heyətinin rəhbəri Kazım Qəribabadi bildirib. O deyib ki, ABŞ İslamabad anlaşma memorandumu çərçivəsində üzərinə götürdüyü bütün öhdəlikləri pozub və onları tamamilə dayandırıb.
İran hazırda ABŞ ilə danışıqlar aparmağı planlaşdırmır və diqqətini müdafiəyə yönəldib. Primeinfo.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi bildirib. “Hazırda danışıqlarla bağlı heç bir planımız yoxdur və biz müdafiəyə fokuslanmışıq”, – deyə Bəqayi bildirib.
ABŞ Prezidenti Donald Tramp Konqresi İranla hərbi qarşıdurmanın yenidən başladığı barədə rəsmi şəkildə məlumatlandırıb. Primeinfo.az xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb. Bildirilib ki, Trampın Konqresə göndərdiyi bildiriş ABŞ administrasiyasına daha 60 gün ərzində qanunverici orqanın əlavə təsdiqi olmadan Yaxın Şərqdə hərbi gücdən istifadə etmək imkanı verir.
ABŞ Hörmüz boğazına nəzarəti öz üzərinə götürür. Primeinfo.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb. “Biz Hörmüz boğazına nəzarəti öz üzərimizə götürürük.
İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) Baş komandanı Əhməd Vahidi mərhum ali lider Ayətullah Seyid Əli Xamneyiyə hücumun icraçıları, planlaşdırıcıları və dəstəkçilərinin cəzalandırılmasının “qanuni və unudulmayacaq tələb” olduğunu bildirib. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, SEPAH komandanı yayımladığı mesajında ABŞ rəhbərliyinə və İrana qarşı çıxan qüvvələrə xəbərdarlıq edib. Əhməd Vahidi bildirib ki, Xamneyinin tökülən qanı onların üzərinə daimi məsuliyyət qoyub.
ABŞ İranın cənubundakı Buşehr əyalətində bir neçə nöqtəyə zərbə endirib. Primeinfo.az-ın xəbərinə görə, Buşehr əyalətinin qubernatorunun müavini Ehsan Cahaniyan IRNA-ya bildirib ki, ABŞ bu gün günorta saatlarında bir neçə məntəqəni, o cümlədən Buşehr Atom Elektrik Stansiyasının ətraf ərazisini vurub. O qeyd edib ki, ilkin məlumatlara əsasən, hücumlar nəticəsində indiyədək insan tələfatı qeydə alınmayıb.
Rəsmi Tehran ABŞ-ın İrana hücumlarını pisləyib. Primeinfo.az-ın xəbərinə görə, İran Xarici İşlər Nazirliyi ABŞ ordusunun cümə axşamı səhər saatlarında ölkənin cənubunda bir sıra məntəqələrə və ölkənin şərqində yerləşən iki dəmir yolu körpüsünə endirdiyi zərbələri “müharibə cinayəti” kimi qiymətləndirib. İran XİN bunun BMT Nizamnaməsinin, eləcə də müharibənin başa çatdırılması ilə bağlı anlaşma memorandumunun müddəalarının pozulması olduğunu bildirib.
ABŞ-ın İranın cənubunda bir sıra bölgələrə hücumları nəticəsində 8 hərbçi ölüb. Primeinfo.az-ın məlumatına görə, bu barədə İran ordusunun mətbuat xidməti məlumat yayıb. Məlumatda ABŞ ordusunun hücumları zamanı İran Ordusunun Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin Bəndər-Abbas və Buşehr vilayətlərində xidmət edən 8 hərbçisinin öldüyü bildirilib.
Tehran ABŞ tərəfindən səsləndirilən təhdidlər fonunda Vaşinqtonla yekun saziş üzrə danışıqları dayandırıb.
ABŞ prezidenti Donald Tramp İranın nüvə silahına sahib olmasına heç vaxt imkan verməyəcəklərini deyib. Primeinfo.az xəbər verir ki, Tramp bunu NATO sammitindən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, ABŞ üçün əsas prioritet İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.