Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: ABŞ-İran danışıqları

Tramp: "Bu gecə İrana çox ağır zərbələr endirə bilərik"

Tramp: "Bu gecə İrana çox ağır zərbələr endirə bilərik"

“Bu gecə İrana çox ağır zərbələr endirə bilərik”. Primeinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ankarada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə deyib. “Bu, müharibə deyil, bu, İranın nüvəsizləşdirilməsidir”, – Tramp əlavə edib.

Pezeşkian ABŞ-ı DÇ-da qaydaları pozmaqda İTTİHAM EDİB

Pezeşkian ABŞ-ı DÇ-da qaydaları pozmaqda İTTİHAM EDİB

İran Prezidenti Məsud Pezeşkian ABŞ-ı futbol üzrə dünya çempionatına ev sahibliyi kontekstində qaydaları pozmaqda və rəqiblərə maneələr yaratmaqda ittiham edib. Primeinfo.az xəbər verir ki, o bu barədə “X” sosial şəbəkəsində paylaşım edib. “ABŞ hökumətinin dünya çempionatına ev sahibliyi zamanı davranışı onun adət etdiyi xarici siyasətini xatırladır: qaydaları öz xeyrinə dəyişmək, rəqiblərə təzyiq göstərmək, maneələr yaratmaq və fırıldaq etmək.

Əraqçi: "ABŞ təhdidlərə davam edərsə, danışıqlar olmayacaq"

Əraqçi: "ABŞ təhdidlərə davam edərsə, danışıqlar olmayacaq"

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Vaşinqton tərəfindən təhdidlər davam edərsə, yekun razılaşma üzrə danışıqlar başlamayacaq. O, bununla bağlı ABŞ ilə ötən ay imzalanmış anlaşma memorandumunun 13-cü bəndinə istinad edib. Primeinfo.az xəbər verir ki, Əraqçi “X” sosial platformasındakı paylaşımında qeyd edib: “Memorandumun 13-cü bəndi aydındır.

"Dawn": Növbəti ABŞ-İran danışıqları İsveçrə və ya Pakistanda baş tuta bilər

"Dawn": Növbəti ABŞ-İran danışıqları İsveçrə və ya Pakistanda baş tuta bilər

İran və ABŞ arasında texniki danışıqların növbəti raundu, çox güman ki, Pakistanda keçiriləcək, lakin İsveçrədə keçirilməsi də istisna olunmur. Primeinfo.az  xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən Pakistanın “Dawn” portalı məlumat yayıb. “Texniki danışıqların təşkili üçün iki variant var – İslamabad və Bürgenstok.

Əraqçi "Hizbullah" və HƏMAS üzvləri ilə görüşüb

Əraqçi "Hizbullah" və HƏMAS üzvləri ilə görüşüb

İranın xarici işlər naziri Abbas Əraqçi Livanın “Hizbullah” qruplaşmasının nümayəndəsi Məhəmməd Fənişin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Primeinfo.az  xəbər verir ki, bu barədə A. Əraqçi özünün “Telegram” kanalında məlumat yayıb.

"Al Hadath": ABŞ-İran danışıqları iyulun 11-də bərpa olunacaq

"Al Hadath": ABŞ-İran danışıqları iyulun 11-də bərpa olunacaq

ABŞ və İranın nümayəndələri arasında danışıqların növbəti raundu iyulun 11-də Pakistanda keçiriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Al Hadath” telekanalı məlumat yayıb. Onların məlumatına görə, məsləhətləşmələrdə İrana qarşı sanksiyaların ləğvi, İslam Respublikasının dondurulmuş aktivlərinin sərbəst buraxılması, eləcə də nüvə proqramı məsələlərinin müzakirə edilməsi planlaşdırılır.

Tramp: ABŞ İranla danışıqlarda bir həftəlik fasilə verib

Tramp: ABŞ İranla danışıqlarda bir həftəlik fasilə verib

ABŞ Prezidenti Donald Tramp İranın sabiq Ali Rəhbəri Seyid Əli Xameneinin dəfn mərasimi ilə əlaqədar Tehranla danışıqlarda bir həftəlik fasilə verildiyini bildirib. Primeinfo.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Donald Tramp Cənubi Dakotada Müstəqillik Günü münasibətilə Raşmor dağında keçirilən tədbirdə çıxışı zamanı deyib ki, ABŞ İran tərəfinə dəfn mərasiminin keçirilməsi üçün bir həftə vaxt verib.

Qalibaf: "İranın ABŞ ilə raket proqramını müzakirə etmək niyyəti yoxdur"

Qalibaf: "İranın ABŞ ilə raket proqramını müzakirə etmək niyyəti yoxdur"

İran raket proqramı ilə bağlı ABŞ ilə hər hansı müzakirə aparmaq niyyətində deyil. Primeinfo.az xəbər verir ki, bu barədə İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf bildirib. Vurğulayıb ki, İranın hücum hərbi imkanları və raket proqramı müzakirə olunmayan mövzu olaraq qalır.

Qətər XİN: ABŞ və İran Dohada birbaşa danışıqlar planlaşdırmır

Qətər XİN: ABŞ və İran Dohada birbaşa danışıqlar planlaşdırmır

ABŞ-nin xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkoff Qətərin paytaxtı Dohadadırlar, lakin İran nümayəndələri ilə birbaşa görüşlər keçirməyəcəklər. Primeinfo.az “Al Jazeera”ya istinadən xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Məcid əl-Ənsari bildirib. Onun sözlərinə görə, amerikalı nümayəndələr qətərli vasitəçilərlə görüşəcək və danışıqlar prosesinin gedişatını müzakirə edəcəklər.

Kuşner və Uitkof İranla olan danışıqlarda iştirak edəcək

Kuşner və Uitkof İranla olan danışıqlarda iştirak edəcək

Qətərdə İranla danışıqlarda Cared Kuşner və Stiv Uitkoff iştirak edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Kerolayn Levit “Fox News”a açıqlamasında bildirib. Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranla danışıqların 30 iyun tarixində Qətəri paytaxtı Dohada baş tutacağını iddia edib.