Tramp: "İranla danışıqlar sabah Dohada baş tutacaq"
ABŞ Prezidenti Donald Tramp İranın görüş keçirilməsi ilə bağlı müraciət etdiyini bildirib.
ABŞ Prezidenti Donald Tramp İranın görüş keçirilməsi ilə bağlı müraciət etdiyini bildirib.
Son atəşkəs və sülh razılaşması İran xalqı üçün “böyük qələbə” olub və razılaşma çərçivəsində İranın neft və neft-kimya sektoruna tətbiq edilən sanksiyalar aradan qaldırılıb, Qətərdə dondurulmuş 6 milyard dollarlıq İran vəsaiti isə ölkəyə qaytarılacaq.
SEPAH-ın yaydığı açıqlamada bildirilib ki, İran hərbçiləri Sirik şəhəri yaxınlığında hücumun qarşısını alıblar
İran İslam Respublikası Hörmüz boğazından keçən gəmilərə ən azı dörd kamikadze dronu buraxıb.
İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf İranın azad olunmuş vəsaiti ilə ABŞ-dan kənd təsərrüfatı məhsulları alınacağını təkzib edib. Primeinfo.az xəbər verir ki, o, bu barədə “X” hesabında yazıb. “ABŞ səhv şəkildə iddia edir ki, bizim azad olunmuş aktivlərimiz onlardan kənd təsərrüfatı məhsullarının alınmasına sərf olunacaq.
İran Hörmüz boğazından keçən gəmilərdən rüsum, sığorta haqqı və ya hər hansı digər ödəniş tələb etmir. Primeinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb. “İran ABŞ-a məlumat verib ki, əksini iddia edən saxta media xəbərlərinə baxmayaraq, Hörmüz boğazından keçən gəmilərdən heç bir rüsum, sığorta haqqı və ya başqa ödəniş tələb etmir və almır.
İslamabad memorandumunu ABŞ-ın məğlubiyyətinin bəyanatı hesab edirik. Bunu İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının açılışındakı çıxışında deyib.
İran nüvə proqramı ilə bağlı gələcəkdə uzun illər, hətta sonsuzadək davam edəcək ən yüksək səviyyəli yoxlamalara razılıq verib. Primeinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb. “İran gələcəkdə ən yüksək səviyyəli nüvə yoxlamalarına tam və bütövlükdə razılaşıb.
Məhəmməd Baqir Qalibaf və Abbas Əraqçi Tehrandan Omanın paytaxtı Maskata yola düşdüyü bildirilir. Primeinfo.az-ın məlumatına görə, İranın danışıqlar heyətinin rəhbəri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçi Tehrana qayıtdıqdan bir neçə saat sonra Maskata yola düşüblər. Məhəmməd Baqir Qalibafın Oman səfəri çərçivəsində Sultan Heysəm bin Tariqlə görüşəcəyi və Hörmüz boğazının idarə olunması ilə bağlı İranın müəyyən etdiyi mexanizmlərin möhkəmləndirilməsi istiqamətində əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənilir.
ABŞ İran neftinin istehsalı, çatdırılması və satışı üçün 60 günlük lisenziya verib. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İsveçrədə baş tutan məhsuldar danışıqlar kontekstində İran Hörmüz boğazında hərəkət azadlığını təmin etməyi öhdəsinə götürüb və AEBA müfəttişlərinin nüvə təsisatlarında yoxlama aparması ilə razılaşıb.