
“Unutmayaq ki, Rusiya Viktor Yuşşenkoya qarşı sui-qəsd hazırlamışdı, onu zəhərləmişdi. Yuşşenko çox böyük səylər nəticəsində sağ qaldı. Amma üzündə o zəhərlənmənin, sui-qəsdin izləri ömrünün sonuna qədər qalacaq. O, bunu unutmayacaq”.
Primeinfo.az xəbər verir ki, bu sözləri Prime TV-nin “Qırmızı masa” platformasında siyasi şərhçi Elçin Alıoğlu bildirib.
O qeyd edib ki, Rusiya əvvəllər də bəyənmədiyi, özünə düşmən saydığı insanları bu üsulla öldürüb: “Bu seriya ilk olaraq Lev Trotski ilə başlamışdı. Meksikada alpinist baltası ilə öldürülmüşdü”.
Şok təfərrüatın davamı “Qırmızı masa”da: