
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Qarabağ” bu gün pley-off mərhələsində ilk oyuna çıxacaq.
Primeinfo.az xəbər verir ki, Ağdam klubu Niderlandın “Tvente” komandasının qonağı olacaq. Oyun Ensxede şəhərindəki “Qrols Veste” stadionunda Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Matçı Albaniyadan olan baş hakim Yucin Caya idarə edəcək.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 27-də Bakıda keçiriləcək.