Xəbər axtarın

Son axtarış nəticələri:

Oliqarxlar Putinə niyə müraciət etdilər?  - ŞƏRH - VİDEO

18.08.2026 16:21

Oliqarxlar Putinə niyə müraciət etdilər?  - ŞƏRH - VİDEO

“Rusiyanın resursları sürətlə tükənir. Amma bu o demək deyil ki, Ukraynaya qarşı müharibə tezliklə dayanacaq”.

Primeinfo.az xəbər verir ki, bu sözləri Prime TV-nin “Qırmızı masa” platformasında siyasi şərhçi Zaur İbrahimli bildirib.

Onun sözlərinə görə, artıq bununla bağlı Rusiya hakimiyyətinə xəbərdarlıqlar edilir: “Özü də bu xəbərdarlıqlar Rusiya hakimiyyətinin öz oliqarxları, komanda üzvləri tərəfindən edilir”.

Zaur İbrahimli qeyd edib ki, “Sberbank”ın rəhbəri German Qref də ölkənin iqtisadi vəziyyəti ilə bağlı diqqətçəkən açıqlama verib: “German Qref Putinin ən yaxın adamlarından sayılır. 2000-ci ildə həyata keçirilən iqtisadi islahatların müəllifidir. O bəyan etdi ki, “Sberbank”ın idarə heyəti sanki problemli kreditlər üzrə şöbəyə oxşayır”.

Bu və digər maraqlı mövzuların müzakirəsi “Qırmızı masa”da:

Paylaş: