Xəbər axtarın

Son axtarış nəticələri:

MKA və Gürcüstanın Rəqəmsal İdarəetmə Agentliyinin nümayəndələri arasında GÖRÜŞ

18.08.2026 18:29

MKA və Gürcüstanın Rəqəmsal İdarəetmə Agentliyinin nümayəndələri arasında GÖRÜŞ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) ilə Gürcüstan Ədliyyə Nazirliyi yanında Rəqəmsal İdarəetmə Agentliyinin nümayəndələri arasında onlayn görüş keçirilib.

Primeinfo.az xəbər verir ki, görüş zamanı iki qurum arasında əməkdaşlığın inkişaf etdirilməsi və potensial əməkdaşlıq istiqamətləri müzakirə olunub. Tərəflər MİSP-ə qoşulma, birgə təlimlərin təşkili və təcrübə mübadiləsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüş çərçivəsində kibertəhlükəsizlik və rəqəmsal idarəetmə sahəsində təcrübə və biliklərin paylaşılmasının hər iki qurum arasında əməkdaşlığın daha da inkişafına töhfə verəcəyi vurğulanıb.

Paylaş: