
Türkiyənin Ərzurum şəhərində “Qardaş köməyi muzeyi” layihəsi həyata keçiriləcək.
Primeinfo.az xəbər verir ki, bu məsələ Türkiyədəki Azərbaycan səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasovla Ərzurumdakı “Palandöken” İnkişaf Dərnəyinin təsisçisi və sədri, eyni zamanda “Gelişim Erzurum” jurnalının imtiyaz sahibi Lokman Lokmacı arasında keçirilən görüşdə müzakirə edilib.
Tərəflər həmçinin Azərbaycanın zəngin milli mədəniyyətinin Türkiyədə daha geniş miqyasda tanıdılması, eləcə də uzunmüddətli mədəni layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
