
Ukraynanın Soçiyə PUA hücumlarına görə Rusiya estrada ulduzu Filip Kirkorovun 18 avqust konserti baş tutmayıb.
Primeinfo.az xəbər verir ki, təhlükəsizlik məqsədilə seyrçilər zala buraxılmayıb. Kirkorov sosial şəbəkə hesabından açıqlama yayaraq hava limanının bağlı olmasına baxmayaraq heyətilə Soçiyə gəldiyini, lakin PUA hücumuna görə konsertin mümkün olmadığını deyib, bilet alan hər kəsdən üzr istəyib.