
İran Prezidenti Məsud Pezeşkian ABŞ-ı futbol üzrə dünya çempionatına ev sahibliyi kontekstində qaydaları pozmaqda və rəqiblərə maneələr yaratmaqda ittiham edib.
Primeinfo.az xəbər verir ki, o bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
“ABŞ hökumətinin dünya çempionatına ev sahibliyi zamanı davranışı onun adət etdiyi xarici siyasətini xatırladır: qaydaları öz xeyrinə dəyişmək, rəqiblərə təzyiq göstərmək, maneələr yaratmaq və fırıldaq etmək. Bu onların MAGA oyun kitabıdır. İran bu cür oyunları rədd edir. Biz öz hüquqlarımızı qətiyyətlə müdafiə edirik”, – Pezeşkian yazıb.