Xəbər axtarın

Son axtarış nəticələri:

İrandan ABŞ hücumları zamanı ölənlərlə bağlı BƏYANAT

08.07.2026 22:40

İrandan ABŞ hücumları zamanı ölənlərlə bağlı BƏYANAT

ABŞ-ın İranın cənubunda bir sıra bölgələrə hücumları nəticəsində 8 hərbçi ölüb.

Primeinfo.az-ın məlumatına görə, bu barədə İran ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda ABŞ ordusunun hücumları zamanı İran Ordusunun Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin Bəndər-Abbas və Buşehr vilayətlərində xidmət edən 8 hərbçisinin öldüyü bildirilib.

Qeyd edək ki, bu gün səhər saatlarında ABŞ silahlı qüvvələri İranın cənubundakı Hörmüzqan əyalətinin bir sıra bölgələrini, o cümlədən Sirik, Qeşm və Bəndər-Abbas balıq bazarının yaxınlığında yerləşən balıqçılıq körpüsünü hədəf alıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) da hücumlar nəticəsində öz hərbçilərindən birinin öldüyünü açıqlamışdı.

Paylaş: