Xəbər axtarın

Son axtarış nəticələri:

Çin Pakistanın ABŞ-İran vasitəçiliyini dəstəkləyir

25.07.2026 10:45

Çin Pakistanın ABŞ-İran vasitəçiliyini dəstəkləyir

Çin ABŞ və İran arasındakı münaqişənin nizamlanmasında Pakistanın vasitəçilik rolunu yüksək qiymətləndirir və İslamabadın bu istiqamətdəki səylərini dəstəkləməyə davam etmək niyyətindədir.

Primeinfo.az xəbər verir ki, bu barədə Çin xarici işlər naziri Van İ ilə onun pakistanlı həmkarı Məhəmməd İshaq Dar arasındakı görüşün yekunlarına dair Çin Xarici İşlər Nazirliyinin (XİN) şənbə günü dərc olunmuş bəyanatında deyilir.

Van İnin sözlərinə görə, Pekin İran və ABŞ arasında qarşılıqlı anlaşma memorandumunun əldə olunmasında Pakistanın rolunu yüksək qiymətləndirir, tərəflərin dialoq və danışıqlara qayıtmasına, eləcə də hərbi əməliyyatların davamlı şəkildə dayandırılmasına nail olunmasına yardım edəcək.

Çinin XİN rəhbəri həmçinin iki ölkənin maraqlarını, eləcə də Qlobal Cənub dövlətlərinin qanuni hüquq və maraqlarını birgə müdafiə edərək Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və BMT çərçivəsində Pakistanla qarşılıqlı fəaliyyəti gücləndirməyə hazır olduğunu bildirib.

Paylaş: