Xəbər axtarın

Son axtarış nəticələri:

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi - ADY

18.08.2026 12:47

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi - ADY
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün avqustun 19-u və 21-də Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.

Bu barədə Primeinfo.az-a səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, bu istiqamətlərə, eyni zamanda, Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.

Qatar bazar ertəsi və çərşənbə günlərində Bakıdan, çərşənbə axşamı və cümə axşamı günlərində isə Ağstafadan yola düşəcək.

Qeyd edilib ki, sərnişinlər biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərlər.

 

Paylaş: