İranda ümumilikdə 13 mindən çox, o cümlədən 4 min dinamik hədəf vurulub. Primeinfo.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Den Keyn mətbuat konfransında deyib. Onun sözlərinə görə, İranın Havadan Müdafiə sistemlərinin 80 faizi, 2000-dən çox komanda və logistika mərkəzi məhv edilib, 450-dən çox ballistik raket anbarı, 800 kamikadze dron anbarı vurulub.
“ABŞ və İsrailin ümidi bunadır ki, fasilə dövründə rejim İrandakı iqtisadi problemləri həll edə bilməyəcək və etirazlar olacaq. Lakin buna ümid etmək nə dərəcədə doğrudur?”
“Ortada çox böyük qeyri-müəyyənlik var. ABŞ-nin müharibəni bu şəkildə bitirəcəyinə mən inanmıram”.
ABŞ Prezidenti Donald Tramp AFP agentliyinə verdiyi eksklüziv müsahibədə İranla uzunmüddətli həlli nəzərdə tutan 15 bəndlik yeni bir sazişin mövcud olduğunu və bu bəndlərin əksəriyyətinin artıq razılaşdırıldığını bəyan edib. Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, Tramp bu gün — 8 aprel 2026-cı il tarixində verdiyi açıqlamada “Bizim 15 bəndlik sazişimiz var, onların çoxu artıq razılaşdırılıb… Baxaq görək, işi sona çatdıra biləcəyikmi”, — deyə bildirib.
ABŞ Prezidenti Donald Tramp “CNN World” telekanalını “dələduzluq” və “fırıldaqçılıqda” ittiham edərək, ABŞ-ın guya İranın “10 bəndlik qələbə planını” qəbul etməsi barədə xəbərləri sərt şəkildə təkzib edib.
ABŞ-nin Vitse-prezidenti Cey Di Vens, Prezidentin xüsusi nümayəndəsi Stiv Vitkoff və Cared Kuşnerin İslamabadda keçirilməsi planlaşdırılan İranla sülh danışıqlarında iştirakı gözlənilir. Primeinfo.az xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ administrasiyasının rəsmilərinə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ–İran danışıqları Pakistan nümayəndələrinin vasitəçiliyi ilə İslamabadda keçirilə bilər.
“Ən böyük təvazökarlıqla, İran İslam Respublikası və Amerika Birləşmiş Ştatlarının müttəfiqləri ilə birlikdə Livan və digər yerlər də daxil olmaqla hər yerdə dərhal atəşkəs elan etdiklərini məmnuniyyətlə elan edirəm. Qərar dərhal qüvvəyə minir”. Primeinfo.az xəbər verir ki, bunu öz “X” hesabında Pakistanın Baş naziri Şahbaz Şərif yazıb.
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsraillə atəşkəslə bağlı açıqlama yayıb.
Son günlər döyüş meydanında əldə olunan uğurların ardından İran, savaşın sona çatması ilə bağlı 10 maddədən ibarət təklif paketini və şərtlərini təqdim edib.
İran pilotsuz uçuş aparatları ilə İsrailin Ben-Qurion hava limanına hücum edib. Primeinfo.az xəbər verir ki, bu haqda İraqın “Saberen News” teleqram kanalı məlumat yayıb. Bildirilir ki, zərbə hava hərəkətinə nəzarət qüllələri və radarları hədəf alıb.