İƏTPİ Konfransının 20-ci sessiyası başa çatıb, Bakı Bəyannaməsi qəbul edilib - YENİLƏNİB
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb.
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb.
Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının açılış mərasimi keçirilir.
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqının sədrliyi İndoneziyadan Azərbaycana keçib. Primeinfo.az xəbər verir ki, sədrliyin təhvil verilməsi İƏT-ə üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının rəsmi açılış mərasimində baş tutub.
“İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransına sədrliyin Azərbaycana keçməsi bizim üçün son dərəcə əhəmiyyətlidir”.
Torpaqlarımızda İslam mədəni irsinə qarşı törədilmiş cinayətlər şübhəsiz ki, islamofobiyanın açıq-aydın təzahürüdür. Primeinfo.az xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının iştirakçılarına müraciətində yer alıb. Dövlət başçısı qeyd edib ki, bu gün dünyada müsəlmanlara qarşı nifrətin aşılanması, İslam mədəni irsinin hədəfə alınması və İslam dəyərlərinin təhqir olunması geniş vüsət alıb.
Milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan və dünyada milyardlarla insan üçün mənəvi dayaq və bələdçi rolunu oynayan İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib.