Xəbər axtarın

Son axtarış nəticələri:

Xamneyinin vida mərasimi ilə bağlı Mehrabad aeroportu BAĞLANACAQ

24.06.2026 14:18

Xamneyinin vida mərasimi ilə bağlı Mehrabad aeroportu BAĞLANACAQ

İranda keçmiş Ali Rəhbər Ayətullah Seyid Əli Xamneyinin vida mərasimi ilə əlaqədar bəzi aeroportların fəaliyyətində məhdudiyyətlər tətbiq ediləcək.

Primeinfo.az-ın xəbərinə görə, İran Hava Limanları Şirkəti Tehranın Mehrabad aeroportunun iyulun 3-də və 6-da fəaliyyətini tam dayandıracağını açıqlayıb.

Məlumata görə, Mehrabad hava limanı 4, 5, 7 və 8 iyul tarixlərində məhdud şəkildə fəaliyyət göstərəcək.

Məşhəd Beynəlxalq Hava Limanı isə iyulun 9-da fəaliyyətini dayandıracaq.

Qeyd edək ki, Əli Xamneyinin vida mərasimi 4-5 iyul tarixlərində Tehrandakı Mosalla kompleksində keçiriləcək, cənazə daha sonra Qum şəhərinə yola salınacaq.

Qum şəhərində vida mərasimindən sonra Ayətullah Seyid Əli Xamneyi öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəddə torpağa tapşırılacaq.

Xatırladaq ki, Seyid Əli Xamneyi 28 fevralda ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb. Daha sonra onun yerinə oğlu Müctəba Xamenei seçilib.

Paylaş: