Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Numan Kurtulmuş

Sahibə Qafarova Numan Kurtulmuş ilə görüşüb - YENİLƏNİB

Sahibə Qafarova Numan Kurtulmuş ilə görüşüb - YENİLƏNİB

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 20-ci Konfransı çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Numan Kurtulmuş X-da paylaşım edib. “Görüş zamanı ölkələrimiz arasında mövcud olan dərin dostluq və qardaşlıq əlaqələrinin bütün sahələr üzrə daha da möhkəmlənməsindən məmnunluğumuzu qarşılıqlı şəkildə ifadə etdik.

Kurtulmuş: "TBMM Azərbaycanla hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Memorandumu təsdiqləyəcək"

Kurtulmuş: "TBMM Azərbaycanla hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Memorandumu təsdiqləyəcək"

Türkiyə Böyük Millət Məclisi “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nu təsdiqləyəcək. Primeinfo.az xəbər verir ki, bunu APA-ya açıqlamasında TBMM sədri Numan Kurtulmuş bildirib. O deyib ki, imzalanan beynəlxalq sənədlər planlaşdırılan qrafikə uyğun olaraq müzakirəyə çıxarılaraq ratifikasiya edilir: “İmzalanan beynəlxalq sənədlər mütləq TBMM-də qəbul edilir və qüvvəyə minir”.

Türkiyə parlamentinin sədri Azərbaycana gəlib

Türkiyə parlamentinin sədri Azərbaycana gəlib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Azərbaycana səfərə gəlib. Primeinfo.az xəbər verir ki, bu barədə Numan Kurtulmuş “X” hesabında bildirib. Numan Kurtulmuş Azərbaycan Milli Məclisinin ev sahibliyi ilə Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı Parlament Birliyinin (İSİPAB) 20-ci Konfransında iştirak etmək məqsədilə 23-24 iyun 2026-cı il tarixlərində Azərbaycanda səfərdə olacaq.

Numan Kurtulmuş Azərbaycanı təbrik edib

Numan Kurtulmuş Azərbaycanı təbrik edib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Primeinfo.az xəbər verir ki, bu barədə o sosial media hesablarında paylaşım edib. “Bir millət, iki dövlət” şüarı ilə ortaq tarixi yaddaşı, mədəniyyəti və taleyi paylaşdığımız can Azərbaycanın Milli Qurtuluş Gününü ürəkdən təbrik edirəm”- deyə paylaşımda qeyd olunub.