Xəbər axtarın

Son axtarış nəticələri:

Ərdoğan: "İsrail ABŞ-İran razılaşmasını pozmaq üçün əlindən gələni edir"

24.06.2026 15:06

Ərdoğan: "İsrail ABŞ-İran razılaşmasını pozmaq üçün əlindən gələni edir"

İsrail ən kiçik sülh ehtimalına belə dözmür.

Primeinfo.az-ın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim partiyanın iclasında çıxışı zamanı deyib.

“İndi daha həssas bir yanaşma tələb edən bir prosesin içərisindəyik. İsrailin hətta ən kiçik bir sülh ehtimalına belə dözmədiyini bilirik. Son 10 gündür ki, razılaşmanı pozmaq üçün əlindən gələni edir. Bölgəmizə sülh gələcəksə, İsrailə rəğmən gələcək”, – Türkiyə Prezidenti qeyd edib.

Ərdoğan vurğulayıb ki, İran böhranının davamlı həllinə nail olmaq üçün səylərə bütün mümkün dəstəyi göstərməyə davam edəcəklər.

Paylaş: