
“Bakı-Ələt magistral yolunun Qobustan qəsəbəsindən keçən hissəsində piyadalar üçün ciddi təhlükə var”.
Primeinfo.az xəbər verir ki, bu sözləri jurnalist Rusif Məmmədsoy PRİME TV-nin “Qırmızı masa” proqramında bildirib.
O, magistralın Qobustan qəsəbəsindən Ələt qəsəbəsinə gedən istiqamətini piyadalar üçün “ölüm saçan yol” adlandırıb:
“Həmin yolda yalnız bir piyada keçidi var, amma o kifayət deyil. Çünki magistral yolda sürətlə gələn nəqliyyat vasitələri bəzən yol nişanlarını görmürlər və zamanında sürəti azalda bilmirlər. Nəticədə ölümcül piyada qəzaları baş verir. Sözügedən yolun qurbanlarından biri də bir neçə gün öncə mənim çox yaxın qohumum oldu. Həmin yolda, həm də piyada keçidində avtomobillə vuruldu və dünyasını dəyişdi”.
Rusif Məmmədsoy canlı efir vasitəsilə AYNA-ya və digər aidiyyəti qurumlara müraciət edib:
“Mən əvvəllər də bununla bağlı müraciətlər etmişdim, amma nəticəsi olmadı. Yenə də aidiyyəti qurumlara müraciət edirəm: Həmin yolda piyadalar üçün yaranan təhlükələri aradan qaldırmaq üçün tədbirlər görün! Axı o yoldan uşaqlar, məktəblilər, qocalar da keçir. Bunun fərqinə varın ki, daha çox qurbanlar verməyək!”
Davamı “Qırmızı masa”da: