
Qondarma “Cənubi Osetiya”nın “prezidenti” Alan Qaqloyev vəzifəsindən ayrılıb.
Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, Qaqloyev bundan sonra Rusiya Prezidenti Vladimir Putinin müşaviri vəzifəsində çalışacaq.
Məlumata görə, o, “prezident” səlahiyyətlərini könüllü şəkildə təhvil verib və fəaliyyətini Rusiya dövlət strukturlarında davam etdirəcək.
Alan Qaqloyev 2022-ci ildən “Cənubi Osetiya”ya rəhbərlik edirdi. Onun Putinin müşaviri vəzifəsinə təyin olunması regionun Rusiya ilə siyasi inteqrasiyasının daha da güclənməsi kimi qiymətləndirilir.
Qeyd edək ki, “Cənubi Osetiya” beynəlxalq səviyyədə Gürcüstanın tərkib hissəsi hesab olunur. Bununla belə, Rusiya və bəzi digər ölkələr separatçı regionun müstəqilliyini tanıyır.