
Türkiyə və Ermənistanın nəqliyyat nazirləri görüşüb.
Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “X”-də bildirib.
O, Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan ilə görüşü zamanı iki ölkə arasında daha əvvəl aktiv olaraq istifadə edilmiş dəmir və avtomobil yollarının bərpası istiqamətində görülən işləri müzakirə etdiyini qeyd edib.
Görüşdə Ani körpüsü üzrə bərpa prosesi də nəzərdən keçirilib.