Martın 27-də İranın Səudiyyə Ərəbistanında Şahzadə Sultan Hərbi Hava Bazasına raket və pilotsuz uçuş aparatları ilə endirdiyi zərbə nəticəsində ABŞ-yə məxsus xüsusi kəşfiyyat təyyarəsi də zədələnib. Primeinfo.az xəbər verir ki, bu barədə “The Wall Street” Journal Amerika və ərəb rəsmilərinə istinadən məlumat yayıb. Cümə günü Şahzadə Sultan Hərbi Hava Bazası hücuma məruz qalıb.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Vaşinqton İran universitetlərinə edilən hücumları pisləməsə, Yaxın Şərqdəki Amerika universitetlərinə hücum edəcəyi ilə hədələyib.
İran Müdafiə Nazirliyinin tədqiqat mərkəzinin rəhbəri Əli Fuladvənd İsrail-ABŞ birgə əməliyyatı nəticəsində ölkənin Borucerd şəhərində həlak olub.
İranın cənubunda, Fars körfəzi sahilində yerləşən Bəndər-Pol liman şəhərinin bombardman edilməsi nəticəsində azı 5 nəfər həlak olub. Primeinfo.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb. Məlumata görə, hücum zamanı Bəndər-Polda iki gəmidə yanğın başlayıb.
ABŞ və İsrail İranın cənub-qərbindəki Xuzistan əyalətində iri şirin su anbarına hücum edib.
“İranın Ali Lideri Müctəba Xamneyi təhlükəsizlik tədbirləri ilə bağlı ictimaiyyət arasında görünmür”.
“İranın şərtləri qəbul etməsi, 47 ildir tətbiq edilən sanksiyaların sona çatması deməkdir. Sanksiyalara son verilməsi İran əhalisi üçün çox yaxşı yaşayışın təminatıdır”.
“İranın demokratikləşmədən başqa yolu qalmayıb. Ya başına od-alov yağdıraraq rejim dəyişikliyinə məcbur edəcəklər, ya da ibtidai icma quruluşuna qaytaracaqlar və orada daşı-daş üstə qoymayacaqlar”.
Embarqolar, güc və caydırıcılığın real anatomiyası Son dövrlərdə belə bir tezis dövriyyəyə buraxılır ki, İranla qarşıdurmadan sonra növbəti hədəf Türkiyə ola bilər.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Prezidenti Donald Trampın İranın elektrik stansiyalarını vuracağı ilə bağlı təhdidinə cavab verib. Primeinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı SEPAH yazılı açıqlama yayıb. “İranın yanacaq və enerji infrastrukturuna düşmən tərəfindən hücum baş verərsə, bölgədə ABŞ və sionist rejimə məxsus bütün enerji, informasiya texnologiyaları və şirin su təmizləmə infrastrukturları hədəf alınacaqdır”, – açıqlamada deyilir.