Xəbər axtarın

Son axtarış nəticələri:

Vens: "İran danışıqları dayandırmaqla hədələsə də, dialoq sona kimi aparılıb"

22.06.2026 17:10

Vens: "İran danışıqları dayandırmaqla hədələsə də, dialoq sona kimi aparılıb"

İranla danışıqlar çox yaxşı keçib, əhəmiyyətli irəliləyiş əldə olunub.

Primeinfo.az xəbər verir ki, bunu ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens brifinq zamanı deyib.

O bildirib ki, ABŞ İranla danışıqlarda dörd əsas məsələyə nail olub: “Biz Hörmüz boğazının açıq olması üçün mexanizm istəyirdik. İndi Hörmüz boğazı açıqdır və təbii qazın qiymətləri düşür. Milyonlarla barel neft Hörmüz boğazından keçir”.

Vensin sözlərinə görə, ikinci məsələ regional atəşkəsin təmin edilməsi və münaqişələrin qarşısının alınması üçün də mexanizmin yaradılması idi və buna da nail olunub: “Bundan başqa AEBA müfəttişlərinin İranın nüvə təsisatlarına baxış keçirməsinə dair razılıq əldə edilib. Bu, İranın nüvə proqramının daimi olaraq sonlandırılması üçün ilk addım idi. Sonuncu, dördüncü məsələ isə texniki danışıqların başlaması idi”.

Ceyms Devid Vens İranla yaxşı razılaşma üçün bünövrənin qoyulduğunu, mühüm irəliləyişlərin əldə edildiyini, amma qarşıda hələ də görülməli çox işin olduğunu qeyd edib.

Vitse-prezident həmçinin onu da bildirib ki, İran nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın təhdidlərinə etiraz olaraq, Cenevrədə danışıqları tərk etməyib.

Onun sözlərinə görə, İran nümayəndə heyəti danışıqları dayandırmaqla hədələsə də, dialoq sona kimi aparılıb və onlar prosesi tərk etməyib.

Paylaş: