
“Hazırda Ukrayna tərəfinin atdığı addımlar onu deməyə əsas verir ki, sadəcə taktiki və strateji üstünlük onlarda deyil, eyni zamanda çox yaxın zamanda işğalda olan ərazilərini də azad edəcəklər. Hətta deyərdim ki, Ukrayna maksimum avqust ayında bütünlüklə ilhaq edilmiş torpaqlarını geri qaytaracaq”.
Primeinfo.az xəbər verir ki, bu sözləri politoloq Qabil Hüseynli Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
“Ukraynanın bu gün ən böyük uğurlarından biri də budur ki, Kiyev Krımla Rusiyanı ayırıb”, – deyə o əlavə edib.