Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: müsabiqə

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır. Bu barədə Primeinfo.az-a AYNA-dan məlumat verilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 505 və 506 nömrəli şəhərətrafı, Sumqayıt şəhəri üzrə 15 və 20 nömrəli şəhərdaxili, eləcə də Bakı–Sınıq Körpü, Bakı–Şəki, Bakı–Ağdaş, Bakı–Kürdəmir, Bakı–Göyçay, Bakı–Horadiz, Bakı–Qusar, Bakı–Xudat, Sumqayıt–Kürdəmir, Gəncə–Şamaxı, Mingəçevir–Ağcabədi, Mingəçevir–Ağsu, Mingəçevir–Gədəbəy, Yevlax–Zaqatala, Ağdaş–Gəncə, Zərdab–Gəncə, Bərdə–Göyçay, Bərdə–İsmayıllı, Tərtər–Lənkəran, Saatlı–Sumqayıt, İmişli–Sumqayıt və İsmayıllı–Göyçay şəhərlərarası, həmçinin Samux (M.Füzuli küçəsi) – Gəncə (dəmiryol vağzalı), Ziyadlı kəndi (Samux) – Gəncə (dəmiryol vağzalı), Düzqışlaq (“Şəmkir” stansiyası) – Gəncə (avtovağzal), Alıuşağı (Samux) – Gəncə (dəmiryol vağzalı) və Zəyəm Cırdaxan (Şəmkir) – Gəncə (avtovağzal) istiqamətlərində avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Daha 9 avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyən edilib - AYNA

Daha 9 avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyən edilib - AYNA

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq  214 və 214A nömrəli şəhərətrafı, eləcə də Bakı–Siyəzən, Bakı–Ağcabədi, Bakı–Mingəçevir, Gəncə–Gədəbəy, Gədəbəy–Gəncə, Bərdə–Kəlbəcər və Göyçay–Gəncə şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib. Agentlikdən Primeinfo.az-a verilən xəbərə görə, Cəmşid Naxçıvanski küçəsini Ramana qəsəbəsinin “Şuşa şəhərciyi” yaşayış massivi ilə əlaqələndirən 214 nömrəli və Ramana qəsəbəsinin Fərrux Qayıbov küçəsini “Koroğlu” NMM-lə əlaqələndirən 214A nömrəli şəhərətrafı avtobus marşrutları üzrə hüquqi şəxs “Çinar-Trans” MMC; Bakı–Siyəzən marşrutu üzrə fiziki şəxs Məhərrəmov Zöhrab Ağagül oğlu; Bakı–Ağcabədi marşrutu üzrə fiziki şəxs Məmmədov Müşviq Novruz oğlu; Bakı–Mingəçevir marşrutu üzrə hüquqi şəxs “Xan Sarayı” MMC; Gəncə–Gədəbəy marşrutları üzrə fiziki şəxs Cəfərov Samir Vaqif oğlu; Gədəbəy-Gəncə marşrutları üzrə fiziki şəxslər Rüstəmli Şahin Rüstəm oğlu və Məmmədov Cavanşir Məhəmməd oğlu; Bərdə-Kəlbəcər marşrutu üzrə fiziki şəxs İsmayılova Elmira Əli qızı; Göyçay-Gəncə marşrutu üzrə fiziki şəxs İbadov Elvin Arif oğlu qalib elan olunublar. Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır - AYNA

Müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır - AYNA

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində 34 və 75 nömrəli şəhərdaxili, 122, 156, 156 A, 196, 218 və 510 nömrəli şəhərətrafı, Bakı–Qax, Bakı–Göyçay, Bakı–Sabirabad, Bakı–Ağsu, Bakı–Şamaxı, Bakı–İsmayıllı, Bakı–Nabran, Bakı–Quba, Sumqayıt-Qəbələ, Sumqayıt–Xankəndi–Laçın, Gəncə–Bərdə,  Gəncə–Mingəçevir, Gəncə–Gədəbəy, Gədəbəy–Gəncə, Şəki– Mingəçevir, Şəki–Gəncə, Mingəçevir–Gəncə, Oğuz–Bərdə, Zərdab–Mingəçevir, İmişli–Sumqayıt, Lənkəran–Astara, Astara–Lənkəran, Lənkəran–Masallı, Masallı–Lənkəran, Mingəçevir–Bərdə, Mingəçevir–Yevlax, Yevlax–Mingəçevir, Mingəçevir–Goranboy və Nabran–Xudat şəhərlərarası avtobus marşrutlarını müsabiqəyə çıxarır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Primeinfo.az-a verilən xəbərə görə, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir. Sənədlər 8 iyul 2026-cı il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (mob: 077-455-99-06, e-poçt: [email protected]) qəbul ediləcək.

MEDİA jurnalistlər üçün müsabiqə elan edib

MEDİA jurnalistlər üçün müsabiqə elan edib

Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib. Bu barədə Primeinfo.az-a MEDİA-dan məlumat verilib.   Bildirilib ki, müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.

9 istiqamət üzrə marşrut avtobuslarının qalibləri müəyyənləşdi - AYNA

9 istiqamət üzrə marşrut avtobuslarının qalibləri müəyyənləşdi - AYNA

Azərbaycanda daha bir neçə avtobus marşrutunun istiqaməti üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib. Bu barədə Primeinfo.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, Bakı–Gəncə, Bakı–Mingəçevir, Bakı–Şəki, Bakı–Lənkəran, Qazax–Mingəçevir, Qazax–Tərtər şəhərlərarası, Yenikənd (Siyəzən) – Siyəzən avtostansiyası, Səmədabad kəndi (Goranboy) – Gəncə (avtovağzal) və Xuluf kəndi (Şəmkir) – Gəncə (avtovağzal) istiqamətlərində avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

Polis olmaq istəyən xanımların NƏZƏRİNƏ!

Polis olmaq istəyən xanımların NƏZƏRİNƏ!

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhərində yerləşən müvafiq qurumlarında, eləcə də respublikanın şəhər və rayon polis orqanlarında vakant olan yetkinlik yaşına çatmayanların işləri üzrə orta rəis heyəti üzrə inspektor vəzifələrinə qadın namizədlərin xidmətə qəbulunu elan edir. Primeinfo.az xəbər verir ki, müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrini hüquqşünaslıq və pedaqoji ixtisaslar üzrə bitirən, 20–30 yaş aralığında, boyu 160 sm-dən yuxarı olan, özü və yaxın qohumlarının  məhkumluğu olmayan, qadın cinsli Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər. Namizədlərin sağlamlıq vəziyyəti, fiziki hazırlığı və bilik səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaqdır.

Bu avtobus marşrutları müsabiqəyə çıxarılır

Bu avtobus marşrutları müsabiqəyə çıxarılır

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı–Mingəçevir, Bakı–Qax, Bakı–İsmayıllı, Sumqayıt–Ağdam, Gəncə–Şamaxı, Gəncə–Masallı, Mingəçevir–Tərtər, Mingəçevir–Zərdab, Yevlax–Lənkəran, Ağdaş–Gəncə, Şəki–Mingəçevir, Şəki–Oğuz, İmişli–Gəncə, Bərdə–Gəncə, Qəbələ–Gəncə, Lənkəran–Sumqayıt, Beyləqan–Gəncə, İsmayıllı–Göyçay, Gəncə–Gədəbəy, Gədəbəy–Gəncə, Gəncə–Qazax və Qazax–Gəncə şəhərlərarası, həmçinin Bakıətrafı ərazilərdə yaşayan sakinlərin ictimai nəqliyyata əlçatanlığının, eləcə də yaşayış məntəqələrinin sosial və ictimai obyektlərlə əlaqəliliyinin təmin edilməsi məqsədilə magistral xətlərlə əlaqələndirilən 122, 192, 196, 448, 510 və 512 nömrəli yeni şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır. Primeinfo.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirilib ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Bu müsabiqələrin qalibləri müəyyən edilib

Bu müsabiqələrin qalibləri müəyyən edilib

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Gəncə – Qazax, Qazax – Gəncə şəhərlərarası, Füzuli kəndi (Samux) – Gəncə (Dəmiryol vağzalı) istiqamətində, eləcə də 76 nömrəli şəhərdaxili və 78 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib. Primeinfo.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Belə ki, Gəncə – Qazax marşrutları üzrə fiziki şəxslər Quliyev Rəşad Məmməd oğlu və Cəfərov Samir Vaqif oğlu; Qazax-Gəncə marşrutları üzrə fiziki şəxslər Musayev Rüfət Nəriman oğlu və Cəfərov Samir Vaqif oğlu; Füzuli kəndi (Samux) – Gəncə (Dəmiryol vağzalı) marşrutu üzrə fiziki şəxs Əsgərov Taleh Qafar oğlu; 76 nömrəli şəhərdaxili (Bakıxanov qəsəbəsi – metronun “Neftçilər” stansiyası) və 78 nömrəli şəhərətrafı (Bakıxanov qəsəbəsi – Azər Manafov küçəsi) marşrutları üzrə hüquqi şəxs “General Auto Company” qalib elan olunublar.

7 marşrut xətti üzrə müsabiqənin qalibləri müəyyən edilib - SİYAHI

7 marşrut xətti üzrə müsabiqənin qalibləri müəyyən edilib - SİYAHI

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Gəncə, Tərtər-Kəlbəcər, Mingəçevir-İsmayıllı, Göyçay-Gəncə şəhərlərarası və Kuzunqışlaq kəndi – Qusar avtovağzalı, Əniq kəndi – Qusar avtovağzalı və Bağçakürd kəndi (Goranboy) – Gəncə (avtovağzal) istiqamətlərində avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib. Primeinfo.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Belə ki, Bakı-Gəncə marşrutu üzrə hüquqi şəxs “Uğurlu Yol 2023” MMC; Tərtər-Kəlbəcər marşrutu üzrə fiziki şəxs Əsədov Sevdimalı Hüseyn oğlu; Mingəçevir-İsmayıllı marşrutu üzrə fiziki şəxs İsgəndərov Niman Şükür oğlu; Göyçay-Gəncə üzrə fiziki şəxs Nəsirov Əhəd Oruc oğlu oğlu; Kuzunqışlaq kəndi – Qusar avtovağzalı və Əniq kəndi – Qusar avtovağzalı marşrutları üzrə fiziki şəxs Məhərrəmov Urxan Urfan oğlu; Bağçakürd kəndi (Goranboy) – Gəncə (avtovağzal) marşrutu üzrə fiziki şəxs Əsgərova Şəfa Məsud qızı qalib elan olunublar.