Xəbər axtarın

Son axtarış nəticələri:

Şükürbəyli kəndində daha 20 ailəyə evlərinin açarları təqdim olunub - FOTO

22.06.2026 16:00

Şükürbəyli kəndində daha 20 ailəyə evlərinin açarları təqdim olunub - FOTO

Bu gün Şükürbəyli kəndinə qayıdan ailələrə evlərinin açarları təqdim olunub.

Primeinfo.az xəbər verir ki, ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr sevinclə açarları qəbul edərək, evlərində məskunlaşıblar.

Paylaş: