
Müsavat Partiyasının sədri Arif Hacılının ölkədən çıxışına qadağa qoyulub.
Primeinfo.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
Arif Hacılı bildirib ki, bu gün Avstriyanın paytaxtı Vyanaya səfər etməli imiş:
“Bu şəhərdə Azərbaycanın iqtidar və müxalifət nümayəndələrinin, eləcə də Milli Məclis üzvlərinin iştirakı ilə əvvəllər də keçirilmiş, Cənubi Qafqaz regionuna dair məsələlərin müzakirə olunacağı tədbirə dəvət almışdım. Yenə həmin şəhərdə iyul ayının 3-4-də keçiriləcək Müsavat Partiyasının üzv olduğu ALDE-nin növbəti Konqresində iştirak edəcəkdim. Hava alanının sərhəd xidməti mənə heç bir əlavə məlumat vermədən ölkədən çıxışıma qadağa qoyulduğunu bildirdi. Qadağanın hansı qurum tərəfindən, hansı səbəbə görə qoyulduğunu araşdırmaq cəhdlərim nəticəsiz qaldı”, – deyə A.Hacılı qeyd edib.