Xəbər axtarın

Son axtarış nəticələri:

Qara dənizdə yük gəmisinə PUA hücumu: İtkilər var  - VİDEO

22.06.2026 15:11

Qara dənizdə yük gəmisinə PUA hücumu: İtkilər var  - VİDEO

Qara dənizdə üzən mülki yük gəmisi PUA-nın (pilotsuz uçuş aparatı) hədəfi olub.

Bu barədə Primeinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Panama bayrağı altında üzən və sahibi türk olan “Victress” adlı yük gəmisi dron hücumuna məruz qalıb.

Zərbədən dərhal sonra gəmidə güclü yanğın baş verib. Ukrayna Hərbi Dəniz Qüvvələrinin qayıqları alovlanan gəmiyə çatıb və heyət üzvlərini təxliyə etmək üçün əməliyyata başlayıblar.

Gəmidə Misir, Türkiyə və Hindistan vətəndaşları da daxil olmaqla, ümumilikdə doqquz ekipaj üzvü olub.

Paylaş: