Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: müsabiqə

Penitensiar xidmətin Mühafizə alayında hərbi xidmətə qəbulla bağlı müsabiqə elan edilib

Penitensiar xidmətin Mühafizə alayında hərbi xidmətə qəbulla bağlı müsabiqə elan edilib

  Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayının tabor və bölüklərində, həmçinin qərargah və atıcı tağımında çavuş və gizir heyətinin hərbi xidmətə qəbulu ilə bağlı müsabiqə elan edilib. Nazirlikdən Primeinfo.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün çavuş və gizir heyəti üzrə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə cavab verən, azı tam orta təhsilli, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmamış, fiziki sağlam, ikili vətəndaşlığı olmayan, digər dövlətlər qarşısında öhdəlikləri olmayan 40 yaşınadək hərbi vəzifəli Azərbaycan Respublikası vətəndaşları dekabrın 16-dan 26-dək müraciət edə bilərlər. Mühafizə Alayında həqiqi hərbi xidmətə qəbul olunmaq istəyən şəxslərin sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olması Nazirliyin Tibb baş idarəsinin Hərbi-həkim komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə, fiziki hazırlığı isə Komissiya tərəfindən Azərbaycan Respublikası ədliyyə nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə qulluğa qəbul edilən şəxslərin fiziki hazırlığının yoxlanılması Qaydaları”na uyğun olaraq yoxlanılır.

“Memarlıq və qadınlar” müsabiqəsinin qalibləri elan olunub - FOTO

“Memarlıq və qadınlar” müsabiqəsinin qalibləri elan olunub - FOTO

Böyük Britaniyanın Bakıdakı səfirliyi qadın tələbələr üçün “Memarlıq və qadınlar” adlı müsabiqə təşkil edib. Primeinfo.az-a bu barədə səfirlikdən məlumat verilib. Bildirilib ki, “Hər damlada ümid: dəyişiklik üçün incəsənət və memarlıq” mövzusunda keçirilən müsabiqədə dövrümüzün ən böyük problemlərindən biri olan su qıtlığı və dayanıqlı şəhərsalma həllərinə ehtiyaca toxunulub.

Samirə Əfəndi: "Erməniyə 12 xal verməyimə peşman deyiləm" - VİDEO

Samirə Əfəndi: "Erməniyə 12 xal verməyimə peşman deyiləm" - VİDEO

Müğənni Samirə Əfəndi Astanada keçirilən “Silk Way Star” beynəlxalq musiqi layihəsinin final mərhələsində Ermənistan təmsilçisi Saro Gevorqyana 12 xal verməsinə görə tənqid edilməsinə münasibət bildirib. Primeinfo.az xəbər verir ki, o, prodüser Tarix Əliyevin “Tarixin bir günü” proqramında atdığı addıma görə peşman olmadığını deyib: “Peşman olmadım etdiyimə görə. Onun haqqına dəfələrlə girmişdim.

MEDİA saytlara dəstək üçün müsabiqə elan etdi

MEDİA saytlara dəstək üçün müsabiqə elan etdi

Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edir. Bu barədə Primeinfo.az-a Medianın İnkişafı Agentliyindən məlumat verilib. Bildirilib ki, Media Reyestrinə daxil edilmiş ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri müsabiqədə iştirak edə bilərlər.

"Üzeyir Hacıbəyli Mükafatı" müsabiqəsi elan edilib

"Üzeyir Hacıbəyli Mükafatı" müsabiqəsi elan edilib

Azərbaycan musiqi mədəniyyətinin banisi, böyük bəstəkar, musiqişünas, publisist, dramaturq və pedaqoq, akademik Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı musiqi və incəsənət təhsili müəssisələrində çalışan təhsilverənlər arasında “Üzeyir Hacıbəyli Mükafatı” müsabiqəsi elan edib. Bu barədə Primeinfo.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, müsabiqənin məqsədi nazirliyin tabeliyindəki musiqi və incəsənət məktəb və mərkəzlərində tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlığının və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, eyni zamanda cəmiyyətdə təhsilverənin nüfuzunun artırılmasıdır.