Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: islamabad

Tramp: ABŞ İrandan yeni təklif alıb

Tramp: ABŞ İrandan yeni təklif alıb

ABŞ Prezidenti Donald Tramp İslamabaddakı görüşün uğursuzluğundan sonra İranın Vaşinqtona yeni təklif verdiyini açıqlayıb. Primeinfo.az-ın məlumatına görə, o, bu barədə Palm-Biçdən Vaşinqtona yola düşməzdən əvvəl jurnalistlərə bildirib. Onun sözlərinə görə, İranın danışıqlarda Amerika tərəfinə təklifi daha yaxşı olmalı idi.

İslamabadda ABŞ-İran danışıqlarının ikinci mərhələsinə HAZIRLIQ - VİDEO

İslamabadda ABŞ-İran danışıqlarının ikinci mərhələsinə HAZIRLIQ - VİDEO

ABŞ ilə İran arasında olan sərt bəyanatlara baxmayaraq, danışıqların baş tutacağı gözlənilir. Primeinfo.az xəbər verir ki, paytaxtda təhlükəsizlik tədbirləri gücləndirilib, bəzi iri hotellər qonaqlardan otaqları boşaltmağı istəyib. ABŞ-yə məxsus hərbi təyyarələr endikdən sonra hava limanı ilə “qırmızı zona” arasındakı yol bağlanıb.

Pakistan ordusunun komandanı ABŞ-ın mesajını İrana çatdırmaq üçün Tehrandadır

Pakistan ordusunun komandanı ABŞ-ın mesajını İrana çatdırmaq üçün Tehrandadır

Pakistan ordusunun komandanı Asim Munir İrana gedib. Primeinfo.az “Tasnim”ə istinadən xəbər verir ki, məqsəd ABŞ-ın mesajını rəsmi Tehrana çatdırmaq, eyni zamanda, danışıqların ikinci raundunun planlaşdırılmasıdır. Asim Munirin rəhbərlik etdiyi nümayəndə heyəti İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşəcək.

Pakistan KİV: ABŞ-İran danışıqlarının ikinci raundu İslamabadda keçiriləcək

Pakistan KİV: ABŞ-İran danışıqlarının ikinci raundu İslamabadda keçiriləcək

İran və ABŞ arasında danışıqlar böyük ehtimalla gələn həftənin sonunda İslamabadda keçiriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə anonim mənbələr “Geo News”a danışıb. Bildirilib ki, Pakistan hökuməti aidiyyəti qurumlara görüş üçün logistik və təhlükəsizlik tədbirlərinin görülməsinə dair göstəriş verib.

İslamabadda Əraqçi və Uitkoff arasında SÖZ DAVASI

İslamabadda Əraqçi və Uitkoff arasında SÖZ DAVASI

Türkiyəli jurnalist Çetiner Çetin İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında keçirilən danışıqlar zamanı tərəflərin az qala əlbəyaxa dava edəcəklərini iddia edib. Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, tərəflər arasında kəskin münaqişə Hörmüz boğazı ətrafındakı vəziyyətə görə yaranıb. Məlumata görə, Uitkoff “boğazın istənilən şəraitdə açılmalı olduğunu” sərt şəkildə bəyan edib.

“ABŞ danışıqlarda İranın etimadını qazana bilmədi”

“ABŞ danışıqlarda İranın etimadını qazana bilmədi”

“ABŞ tərəfi danışıqlarda İranın etimadını qazana bilmədi”. Primeinfo.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu İslamabadda İran nümayəndə heyətinə rəhbərlik etmiş parlamentin sədri Məhəmməd Baqer Qalibaf bildirib. “Həmkarlarım irəliyə yönəlmiş 168 təşəbbüs irəli sürdülər, lakin qarşı tərəf bu danışıqlar raundunda sonda İran nümayəndə heyətinin etimadını qazana bilmədi.