Pakistanın Baş naziri Şahbaz Şərif İslamabadın ABŞ və İran arasındakı danışıqlarda bundan sonra da vasitəçi qismində çıxış etməyə hazır olduğunu bildirib.
İslamabadda İran və ABŞ arasında aparılan danışıqlar prosesi ekspert səviyyəsinə keçib. Primeinfo.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
İslamabad danışıqlarına İran tərəfdən rəhbərlik edən Parlament sədri Məhəmməd Baqer Qalibaf Pakistan rəsmiləri ilə görüşə yaxasına maraqlı sancaq taxaraq qatılıb.
İranın rəsmi “Fars” agentliyi İslamabadda keçirilən tarixi danışıqların pərdəarxası barədə şok məlumat yayıb. Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, İran nümayəndə heyəti Pakistanın Baş naziri Şahbaz Şəriflə rəsmi görüşdən əvvəl Pakistan ordusunun baş komandanı, feldmarşal Asim Munir ilə iki dəfə qapalı görüş keçirib. Agentliyin məlumatına görə, ABŞ tərəfi ilə ən kritik və gizli ismarışların məhz feldmarşal Munir vasitəsilə mübadilə edildiyi ehtimal olunur.
İslamabadda ABŞ və İran nümayəndə heyətləri arasında keçirilən tarixi və gərgin danışıqlar fonunda Tehran tərəfi bütün dünyanı şoka salan diplomatik və simvolik addım atıb. Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, İrandan Pakistana gələn rəsmi nümayəndə heyətinin təyyarəsində ön oturacaqlarda ABŞ və İsrailin hava zərbələri nəticəsində həlak olmuş dörd iranlı məktəblinin fotoları, həmçinin onlara məxsus məktəbli çantaları və ayaqqabıları yerləşdirilib. Qeyd olunur ki, İran nümayəndə heyəti bu hərəkəti ilə danışıqlar masasına oturmazdan əvvəl Vaşinqtona və beynəlxalq birliyə müharibənin insani bədəlini xatırlatmaq istəyib.
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Pakistanın paytaxtı İslamabada səfər edib. Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi yayıb. Vens İslamabadda ABŞ-İran danışıqlarında iştirak edəcək.
İran nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün Pakistanın paytaxtı İslamabada gedib.
Pakistanın paytaxtı İslamabadda partlayış olub. Primeinfo.az yerli mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alanlar var. Partlayış dini ayinin icra olunduğu məkanda baş verib.
Pakistanın paytaxtı İslamabadda 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib. Azərbaycanın Pakistandakı səfirliyindən Primeinfo.az-a verilən məlumata görə, Pakistan Senatının sədri Seyid Yusuf Raza Gilaninin əsas qonaq qismində təşrif buyurduğu qəbulda federal nazirlər, senatorlar, Pakistan Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar, Pakistanın dövlət qurumlarının, ictimai, mədəni, işgüzar dairələrinin nümayəndələri, KİV təmsilçiləri, eləcə də Pakistanda yaşayan azərbaycanlılar iştirak ediblər. Səfirliyin təşkil etdiyi tədbirin əvvəlində 44 günlük Vətən müharibəsində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Pakistan himnləri səsləndirilib və Azərbaycanın Zəfərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.