Xəbər axtarın

Son axtarış nəticələri:

Aygün Muradxanlı: “Bir yaylıq çıxarıb ağlamağı qalıb, Ramiz Ənvəroviçin” - VİDEO

22.10.2025 15:24

 

“Ancaq erməni belə münasibət göstərər, erməni məyus olar ki, torpaqları işğaldan azad etmişik”.

Primeinfo.az xəbər verir ki, bu sözləri Prime TV-nin efirində yayımlanan “Qırmızı Masa” verilişində jurnalist Aygün Muradxanlı Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin bu günlərdə yayılan səs yazısından danışarkən deyib.

O, “boz kardinal”ın ölkə rəhbəri İlham Əliyevin Qarabağda əldə etdiyi qalibiyyət və apardığı siyasətə münasibətini şərh edib:

“Bir cümləsi onun bütün xislətini ortaya qoyub. Bir yaylıq çıxarıb ağlamağı qalıb, Ramiz Ənvəroviçin”.

Aygün Muradxanlı həmçinin qeyd edib ki, bu gün Azərbaycan hökumətinin Rusiyanın “5-ci kolon”u ilə mübarizə aparmağa gücü yetərli qədərdir: “Bəzi adamlar hələ də özünü toxunulnaz hesab edirlər. Elə bilirlər ki, danışdıqları nağıla millət inanacaq. Amma millət daha bu nağıllara inanmır”.

Xatırladaq ki, Ramiz Mehdiyev Manset.az saytının suallarını cavablandırarkən jurnalistin ona “Cənab Prezident böyük uğurlar əldə etdi və bütün Qarabağ işğaldan azad edildi” sualına “Onunla bağlı mənə sual verməyin” deyib.

Paylaş: