Xəbər axtarın

Son axtarış nəticələri:

Aygün Muradxanlı: “Prezidentin azad seçki vədini Ramiz Mehdiyev sabotaj etdi” - VİDEO

16.10.2025 13:45

 

“Azərbaycan parlamentinin böyük faizi Rusiyanın kadrlarıdır. Ruslar özləri deyirdilər ki, biz heç bir halda ora millətçi gücün keçməsinə icazə vermərik”.

Primeinfo.az xəbər verir ki, bunu jurnalist Aygün Muradxanlı Prime TV-nin efirində yayımlanan “Milli fikir” verilişində deyib.

2020-ci ilin 9 fevralında keçirilən parlament seçkilərini xatırlayan A.Muradxanlının sözlərinə görə, əslində seçki prosesinin bütün mərhələləri tam demokratik keçirilmişdi:

“Yəni, namizədlərin irəli sürülməsi, imzaların toplanması, qeydiyyat prosesi və s. Yaxşı yadımdadır, Prezident İlham Əliyevin də möhtəşəm bir çıxışı olmuşdu, çox ciddi bir açılım kimi qiymətləndirilmişdi. Amma seçki günü sanki Azərbaycanda gerçək bir çevriliş baş verdi və əvvəlki deputatları yenidən aparıb parlamentdə oturdular.

Halbuki ona qədərki seçki proseslərində biz tam tərs mənzərə görürdük: polis müdaxiləsi, zorakılıq, “karusellər”. Hətta insanların səs toplamasına da mane olurdular. 9 fevral parlament seçkilərində isə namizədlər ən amansız şəkildə cəzalandırıldılar”.

 

Paylaş: