
“Azərbaycan parlamentinin buraxılması üçün xarici təsir deyil, yeni konstitusiya zərurəti əsas ola bilər”.
Primeinfo.az xəbər verir ki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bu fikirləri Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində səsləndirib.
Ekspert bildirib ki, hazırkı parlamentin buraxılmasının səbəbi kimi onun hər hansı xarici – xüsusilə Rusiyayönümlü qüvvələrə bağlılığı göstərilə bilməz.
“Hesab etmirəm ki, parlamentin hansısa formada başqa bir dövlətə bağlılığı var və buna görə buraxılmalıdır. Məncə, əsas məsələ yeni konstitusiyanın hazırlanması və bununla bağlı referendumun keçirilməsi ola bilər”, – deyə İlham İsmayıl vurğulayıb.
O əlavə edib ki, ölkədə yeni siyasi və inzibati islahatların həyata keçirilməsi üçün hüquqi baza kimi konstitusiya dəyişikliklərinə ehtiyac yarana bilər.
“Azərbaycanda parlamentin buraxılacağını düşünmürəm”.