Türkiyəli aktrisa Cansu Dərənin yeni layihəsi bəlli olub.
Primeinfo.az xəbər verir ki, aktrisa 30 seriyalı “Min bir gecə” serialının ardınca romantik komediya filmində çəkiləcək.
“Portekiz aşkı” adlı ekran əsərində onun tərəf müqabili portuqaliyalı aktyor Dioqo Morqado olacaq. Onlar “Yasemin” və “Jose”ni ifa edəcəklər.
Prodüserliyini “Diopter Film”in etdiyi “Portekiz aşkı”nın rejissoru İsmayıl Şahin olacaq.
Filmin ssenarisi Murat Boyacıoğluna aiddir.