Xəbər axtarın

Son axtarış nəticələri:

ÇL: “Qarabağ”ın futbolçusunun qolu həftənin ən yaxşısı seçildi

03.10.2025 11:44

“Qarabağ”ın futbolçusu Emmanuel Addainin qolu UEFA Çempionlar Liqasında həftənin ən yaxşısı adına layiq görülüb.

Primeinfo.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, bu, azarkeşlərin səsverməsinə əsasən mümkün olub.

24 yaşlı hücumçu Bakıda Danimarka təmsilçisi “Kopenhagen”ə qalib gəldikləri 2-ci turun matçında fərqlənib. Forvard “köhlən atlar”ın ikinci qoluna imza atıb.

Addaidən başqa, İngiltərənin “Mançester Siti” klubundan Erlinq Haland, “Monako”dan Cordan Teze, Niderland təmsilçisi PSV-dən İsmael Saibari də namizəd idi.

“Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Kopenhagen”i iki cavabsız qolla üstələyib.

 

Paylaş: