Xəbər axtarın

Son axtarış nəticələri:

Elcan Rəsulovun verilişi dayandırıldı

27.10.2025 21:19

Aktyor Elcan Rəsulov sosial şəbəkədə aparıcı Emin Əfəndi ilə birlikdə hazırladıqları yeni meyxana yarışmasından yazıb.

Primeinfo.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.

Onun sözlərinə görə, bu layihəsinə görə ötən mövsüm aparıcılığını etdiyi “El canlı” verilişinin yayımını dayandırdığını bildirib:

“Mart ayından üzərində işlədiyimiz layihənin ilk tizerini sizə təqdim edirəm. İşlərinin çoxluğu səbəbindən, hətta gündəlik yayımlanmalı olan “El canlı” proqramını da dayandırmağa qərar verdik. Demək olar ki, televiziya üçün ən çətin layihələrdən birinin üzərində çalışırıq. Hər bir detalı yüksək səviyyədə düşünürük”.

Aktyor yeni layihəsinin tezliklə izləyicilərə təqdim edəcəyini də qeyd edib.

Paylaş: