
“Azərbaycanda sələfiliyin sürətlə yayılmasının iki əsas səbəbi var. Birincisi, yerlərdə əksər din xadimlərinin cahil və savadsız olması, ikincisi – diskussiyalardan qaçmasıdır”.
Primeinfo.az xəbər verir ki, bunu Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində siyasi şərhçi Elçin Alıoğlu bildirib.
Onun sözlərinə görə, bizim molla dediyimiz din xadimlərinin əksəriyyəti biliklərini artırmır:
“Ərəb dilində zorla danışırlar. Ərəb dilinin qrammatikasını bir az bilirlər, vəssalam. Ərəb dilinin fonetikası, morfologiyası, sintaksis, leksikologiyasını bilmirlər. Ərəb tarixindən isə ümumiyyətlə, xəbərləri yoxdur”.