
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hədələməkdə ittiham olunan jurnalist Fatih Altaylının ilk məhkəmə iclası keçirilib.
Primeinfo.az-ın məlumatına görə, 104 gündür həbsdə olan jurnalistin bu gün məhkəməsi keçirilib və həbs-qətimkan tədbirinin davam etdirilməsinə qərar verilib.
Növbəti prosesi noyabrın 26-na təxirə salıb.
Sübuta yetirilərsə, Fatih Altaylını “prezidenti hədələmək” ittihamı ilə minimum 5 il həbs cəzası gözləyir.