Xəbər axtarın

Son axtarış nəticələri:

Fikrət Yusifov: “Rusiya artıq müharibəni maliyyələşdirə bilmir” - VİDEO

31.10.2025 17:43


“Dünənə qədər Rusiya digər zəruri problemlərin həlli üçün pul tapa bilmirdi. Bu gün isə konkret olaraq müharibəni maliyyələşdirə bilmir”.

Primeinfo.az xəbər verir ki, bunu keçmiş maliyyə naziri Fikrət Yusifov Prime TV-nin “Qırmızı masa” proqramına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin bir neçə ildir ölkənin digər xərclərini azaldaraq, büdcənin bir hissəsini Ukrayna ilə müharibəyə yönəldirdi. Amma indi artıq bu da mümkün deyil:

“Rusiya müharibəni davam etdirməyə pul tapa bilmir. Maddi çətinliklər artıq üzə dayanıb. Haradansa pul götürməyə artıq şans yoxdur. Ölkənin bütün maliyyə rezervləri tükənib. Oğurluq yolu ilə neft satan tankerlər gedib mənzil başına çatsalar da, Amerikanın tətbiq etdiyi sanksiyalar səbəbindən qəbul olunmurlar və geri qayıdırlar. Yəni Rusiyanın maliyyə sistemi üçün müharibəni maliyyələşdirmək nöqteyi-nəzərindən acınacaqlı bir durum yaranıb”.

Paylaş: