“Ramiz Mehdiyevin əməlləri məni sarsıtdı. Mən öz dövlətimə istədiyim faydanı verə bilmədim. Bunun günahkarlarından biri və birincisi elə Ramiz Mehdiyevdir”.
Primeinfo.az xəbər verir ki, bunu keçmiş maliyyə naziri Fikrət Yusifov Prime TV-nin “Qırmızı masa” proqramına müsahibəsində bildirib:
“O, təbii ki 87 yaşında hakimiyyətə gəlmək istəmir. Onun ciddi komandası var. Heç şübhə etməyin”.
Keçmiş nazir 1994-cü ildə Moskva səfəri zamanı Surət Hüseynovla bağlı yaşanan bir hadisədən danışıb.
Həmin səfərdə S.Hüeynovun qovluğundan siyahı tapılıb – özünün hakimiyyətə gələcəyi təqdirdə vəzifə verəcəyi şəxslərin siyahısı.
Fikrət Yusifov “Heç şübhə etməyin ki, Ramiz Mehdiyevin də belə siyahısı var” – deyə, vurğulayıb.