Xəbər axtarın

Son axtarış nəticələri:

Gümrüdəki etiraz aksiyasında 33 nəfər saxlanılıb

21.10.2025 10:11

Ermənistanın İstintaq Komitəsi Gümrü meriyası qarşısında keçirilən etiraz aksiyası ilə bağlı 33 nəfərin saxlanıldığını bildirib.

Primeinfo.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, vətəndaşlar kütləvi iğtişaşlar və ədalət mühakiməsinə mane olma ittihamı ilə saxlanılıblar.

Qeyd edək ki, Gümrü sakinləri dünən mer Vardan Qukasyanın saxlanmasına mane olmaq məqsədilə meriyanın qarşısına toplaşmışdılar.

Paylaş: