Xəbər axtarın

Son axtarış nəticələri:

Gümrünün meri saxlanıldı

20.10.2025 11:13

Gümrünün meri Vardan Qukasyan saxlanılıb.

Primeinfo.az xəbər verir ki, bu barədə ABC Media merin köməkçisinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, bu gün səhər saatlarında Ermənistanın Korrupsiya əleyhinə Mübarizə Komitəsinin əməkdaşları Gümrü şəhərinin bələdiyyəsində axtarış həyata keçirib. Bələdiyyə binasına 60-70 maskalı xüsusi təyinatlı daxil olub və meri saxlayıblar.

“Meriyada hazırda Ermənistan Polisinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları var” – deyə, o bildirib.

Komitəsindən bildirilib ki, cinayət işi üzrə istintaq çərçivəsində Gümrü şəhər meriyasında istintaq hərəkətləri aparılır.

Digər saxlanılanların olub-olmaması ilə bağlı hələlik məlumat yoxdur.

Qeyd edək ki, daha əvvəl müxalifətçi mer Vardan Qukasyanın oğlu Spartaka qarşı “hədə-qorxu ilə pul tələb etmə və icma əmlakını mənimsəmə” ittihamları üzrə cinayət işi açılıb.

 

 

Paylaş: