Türkiyəli müğənni Hadisə Açıkgöz ötən gün sərbəst buraxıldıqdan sonra səhnəyə çıxıb.
Primeinfo.az xəbər verir ki, Ankarada konsert verən sənətçi narkotik istifadəsini təşviq etmək ittihamı ilə saxlanılması ilə bağlı danışıb.
Başına gələnlər səbəbindən çox kövrəldiyini deyən Hadisə həmin gün çox qorxduğunu etiraf edib:
“Səhər 6-nın yarısında qapını dəli kimi döyürdülər. Bacım da bizdə idi. Mühafizədən soruşdum, dedi ki, polisdir, sizi aparmağa gəliblər. Bu cümlə çox qorxuludur…”
Hadisə prosesin 14 saat davam etdiyini bildirib:
“Mən heç siqaret də çəkmirəm. Bu mövzuda tər-təmiz olduğumu bildiyim üçün mənə ağır gəldi. İnsanın psixologiyası bir az pozulur. Anamla-atam məni elə böyütməyib. İşinə aşiq olan qadınam. Buralara da öz zəhmətimlə gəldim”.