Xəbər axtarın

Son axtarış nəticələri:

Hafiz Hacıyev: Nazir müavini 600 minlik, katibəsi də 250 minlik maşından düşdü – VİDEO

10.10.2025 11:52

“Bilsəydim ki, bu pozğunların balaları gəlib bu gün Azərbaycanda nazir, nazir müavini olacaqlar, heç o butulkaları kiminsə başına atmazdım”.

Primeinfo.az xəbər verir ki, bu sözləri Prime TV-nin efirində yayımlanan “Qırmızı Masa” verilişində Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev bildirib.

Onun fikrincə, rəsmi qurumlarda yüksək vəzifə tutan bəzi şəxslər dövləti nüfuzdan salmaqla məşğuldurlar:

“O gün Mərdəkanda bir nazir müavinini gördüm, bahalı maşından düşdü marketə girdi, yanında da iki mühafizəçisi. Biri çantasını daşıyır, biri qapı açır. Ay görməmiş! Sən nə vaxt 600 minlik maşın görmüşdün ki?! Ardınca da katibəsi gəldi, son model bahalı “BMV” ilə. Marketdə də tapşırır ki, bu nə istəyir götürsün, mən həll edəcəyəm.

Bunları ona görə deyirəm ki, Prezidentimizə ürəyim yanır. Axı siz kimsiz? Dövlətimizi nüfuzdan salırsız. Belə biabırçılıq olar?”

Paylaş: