Xəbər axtarın

Son axtarış nəticələri:

III MDB Oyunları: Azərbaycanın mövqeyi dəyişdi

04.10.2025 11:11

Azərbaycan III MDB Oyunlarının medal sıralamasındakı mövqeyini itirib.

Primeinfo.az xəbər verir ki, aktivində 13 qızıl, 27 gümüş və 43 bürünc medal olan komanda ikinci sıradan üçüncü pilləyə geriləyib.

İkinci sıraya Belarus (15 qızıl, 20 gümüş, 28 bürünc) yüksəlib.

Siyahıya Rusiya (73 qızıl, 27 gümüş, 16 bürünc medal) başçılıq edir.

Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.

Paylaş: